Türkiyə 2024-cü ildə 60 milyon turist və 60 milyard dollar gəlir hədəfləyir.
Türkiyə otellərində «hər şey daxil» sistemi 2024-də də qalacaq
FED.az xəbər verir ki, bunu qardaş ölkənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.
2023-cü ilin turizmdə rekord il olduğunu deyən Ersoy, yeni dövrdə turizmdə yeni bazarlara konsentrasiyalarını artıracaqlarını qeyd edərək deyib:
"Ölkəmiz bu il turizm rekordları qırdı. Turistlərin sayı 56,7 milyon nəfərə çatdı, 56 milyard dollar gəlir əldə edildi. Bu il üçün yeni və daha böyük hədəflər müəyyən etmişik. 2024-cü il hədəfimiz 60 milyon turist və 60 milyard dollar gəlirdir. Bunun üçün yeni hədəf bazarlar üzərində işləyirik". (Marja)