Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər edənlərin ümumi sayı 8,74 faiz artaraq 49 milyon 181 nəfərə çatıb.
FED.az xəbər verir ki, məlumatlara görə; 2024-cü ilin ilk 9 ayında (yanvar-sentyabr) Türkiyəyə gələn xaricdə yaşayan vətəndaş ziyarətçilərinin sayı 2023-cü ilin 9 ayı ilə müqayisədə 21,7 faiz artaraq 7 milyon 322 minə çatıb.
2024-cü ilin sentyabr ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı əvvəlki ilin eyni ayına görə 4,64 faiz artaraq 6 milyon 54 minə çatıb.
Yanvar-sentyabr aylarında Türkiyəyə gələn xarici ziyarətçilərin ən çox sərhəd qapılarının olduğu ilk 5 şəhər İstanbul, Antalya, Edirne, Muğla və İzmir olaraq açıqlanıb.
Rusiya 2024-cü ilin sentyabr ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında 1-ci yerdədir.
Birinci yerdə 15,24 faiz (922 min 792) ilə Rusiya, ikinci yerdə 12,75 faiz (772 min 162) ilə Almaniya, üçüncü yerdə isə 9,53 faiz (576 min 969) ilə İngiltərə (Birləşmiş Krallıq) qərarlaşıb. Növəti yerləri İran və Bolqarıstan tutub.
2024-cü ilin 9 ayda ziyarətçi sayına görə Rusiya Federasiyası 5,5 milyon ilə birinci, Almaniya 5,2 milyon ilə ikinci, Böyük Britaniya isə 3,7 milyon ilə üçüncü olub.
Türkiyə 2024-cü ilin sonu üçün xarici turist sayı hədəfini 61 milyona yüksəldib. (Marja)