Türkiyə bu il əcnəbi turistlərin qəbulu proqnozuna yenidən baxıb - 50 milyondan 51,5 milyon nəfərə artırılıb.
1,5 ildən sonra Türkiyənin inflyasiyasında - İLK YAVAŞLAMA
FED.az xəbər verir ki, bu barədə cümə axşamı ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy parlamentdə Nazirliyin 2023-cü il büdcəsinin müzakirəsi zamanı bildirib.
"Biz 2022-ci ilin sonu üçün hədəflərimizi yuxarıya doğru nəzərdən keçirdik - bu, 51,5 milyon turist və 46 milyard dollar turizm gəliridir",- nazir deyib.
Ersoyun sözlərinə görə, gələn il Türkiyə xaricdən 60 milyon turist qəbul və 56 milyard dollar gəlir əldə etməyi gözləyir.
İlkin olaraq Türkiyə 2022-ci ilin sonuna kimi 42 milyon turist qəbul etməyi planlaşdırırdı, lakin xaricdən axının artması səbəbindən planlar mütəmadi olaraq nəzərdən keçirilir. Oktyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin sonuna qədər Türkiyəyə 50 milyon turistin gələcəyini və turizm sənayesinin gəlirlərinin təxminən 40 milyard dollar təşkil edəcəyini açıqlamışdı.(Marja)