2025-ci ildə turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin onlara göstərilmiş xidmətlərdən məmnunluq dərəcəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə ölkəyə gələn qonaqların 1 milyon 625 min 498 nəfəri bütün xidmətləri qənaətbəxş hesab edib. Lakin 179 min 255 nəfər göstərilmiş xidmətlərdən narazı qalıb.
Turistlərin ən çox narazı qaldığı sahə avtobusla sərnişindaşıma olub. Bu xidmətdən 35 min 823 nəfər şikayətlənib.
İkinci yerdə ictimai iaşə xidmətləri qərarlaşıb – 33 min nəfər turist yemək və xidmət səviyyəsindən narazı qalıb.
Digər xidmətlər üzrə narazılıq göstəriciləri aşağıdakı kimidir:
Digər xidmətlərdən narazı olanların sayı 27 min 116 nəfər təşkil edib. Taksi xidmətlərindən 26 min 948 nəfər, bələdçi xidmətlərindən isə 18 min 170 nəfər narazı qalıb.
Yerləşmə (hotel) xidmətlərindən 16 min 706 nəfər, metro ilə sərnişindaşımadan isə 14 min 412 nəfər qane olmayıb.
Ən az narazılıq turagentlərin (turoperatorların) xidmətləri ilə bağlı olub – 7 min 80 nəfər.











