Xəbər verildiyi kimi, dekabrın 14-də Azərbaycanın ən byöük qış turizm kurortu sayılan Qusardakı "Şahdağ"da qış mövsümünü açıq elan edilib.
FED.az xəbər verir ki, kompleks bəzi qiymətlərin endirildiyini də elan edib. Bununla yanaşı, "Şahdağ" QSC-nin sədri Ridderuch Reffier "Şahdağ"dakı qiymətləri qonşu Gürcüstanın qış kurortlarındakı qiymətlərlə müqayisə etmək istəməyib: «Bizim qiymətləri Gürcüstanla müqayisə etmək mümkün deyil, çünki bizim buradakı infrastrukturumuz oradan çox fərqlidir».
Eləcə də bax: Bu il «Şahdağ»da qiymətlər - 10-15% ENDİRİLİB – AÇIQLAMA
Bununla yanaşı, «Şahdağ»ın rəhbəri buradakı qiymətlərin Avropa kurortları ilə müqayisədə aşağı olduğunu bildirib: «Avropa ilə müqayisədə etdikdə, həm xizək, həm də otel qiymətləri Avropadan çox aşağıdır».