Bu gün Qusardakı "Şahdağ" turizm kompleksi qış mövsümünü açıq elan edib.
FED.az xəbər verir ki, bu münasibətlə kompleksdə toplantı keçirilib. Tədbirdə çıxış edən "Şahdağ" QSC-nin sədri Ridderuch Reffier bildirib ki, bu il kompleksdə bir neçə yeni əyləncə növləri də əlavə edilib. Bura «Snowmobile» və «Paraplan» aiddir. Bundan əlavə, kompleksdə 300-dən artıq süni qarlandırma avadanlıgı quraşdırılıb.
Kompleksin rəhbəri bildirib ki, qeyd olunub ki, "Şahdağda" qiymətlər ötəl illə müqayisədə 10-15% endirilib: «Şahdağa gələnlərin sayında ötən illə müqayisədə 10% artacağını gözləyirik».
Sədr istirahət kompleksində təhlükəsizlik məsələlərinə də toxunub: «Butün komandamız təlimlər keçib. Kompleksin ərazisində 24 saat fəaliyyət göstərən klinika var. Burada cərrahiyyə əməliyyatları belə aparıla bilər»-deyə o bildirib. Digər tərəfdən, kompleksdə xizək sürən turistlər avtomatik sığortalanmış olurlar.
Kompleksin rəhbəri bildirib ki «Şahdağ»a ən çox yerli turistlər gəlir. Xarici ölkələrdən isə ən çox Rusiya, Qazaxıstan və Avropadan turistlər gəlir. Ötən illlə müqayisədə bu il Rusiyadan gələn turistlərin sayında 5 faiz artım gözləyirik»-deyə o bildirib. Ümumiyyətlə isə kompleksin rəhbərliyi qonaqların sayının 10% artacağını gözləyir.