Dövlət Statistika Komitəsi Azərbaycanda turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Yaxın Şərq ölkələrindən Azərbaycana 9 ayda gələn turistlərin sayı açıqlanıb
FED.az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olmuşdur.
Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalmışdır.
Azərbaycan vətəndaşlarının 42 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.










