“PASHA Holding” MMC-nin hotelçilik şirkətlərindən birinin rəhbəri dəyişib.
Eləcə də bax: DOST Agentliyinin sədrinə müşavir - Təyin Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, Elmar Ağayev Savadxan oğlu “Capital Hotel Company” MMC-nin baş direktoru təyin edilib.
O, bu vəzifədə Firuz Süleymanov Efsir oğlunu əvəzləyib.
E.Ağayevin sonuncu iş yeri “Lenkeran Hotel And Resort Company” MMC idi. Hansı ki, Azərbaycanda son illərdə “Lankaran Springs Wellness Resort” brendi ilə tanınmışdır. Cari ilin iyulundan isə PMD Group-da yüksək vəzifədə çalışır.
“Capital Hotel Company” MMC 2017-ci ildə yaradılıb və 29 421 605 manat nizamnamə kapitalına sahibdir.