Ölkənin aparıcı turizm şirkətlərindən olan "Amazon Travel" şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyevin Qətərin paytaxtı Doha şəhərinə işgüzar səfərdə olub.
FED.az xəbər verir ki, səfərin əsas məqsədi biznes əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların cəlb olunması və ölkəmizin tanıdılması olub.
S.Allahverdiyevin sözlərinə görə, cari ilin fevral və mart ayında 15-20 nəfərlik iş adamları ilə birlikdə Dohaya işgüzar görüşlərin siyahısı təsdiqlənib. Görüşdə biznes strukturları, özəl və dövlət müəssisələri ilə B2B görüşləri baş tutacaq: "Məhz bu səbəbdən öncədən ölkədəki imkanları araşdırmaq, biznes mühitinin vəziyyəti və maraqlı sahələri aşkara çıxararaq sahibkarlara təqdim etmək istədik. Bundan başqa, "Amazon Travel" şirkəti olaraq Qətərin paytaxtı Dohada 10-a yaxın tərəfdaşla işgüzar görüşlər keçirilib.
S.Allahverdiyev bildirib ki, bu il ölkəmizə planlaşdırılan turist sayının 3 dəfə artırılmasını hədəfləmişik. Bu səbəbdən ölkəmiz haqqında, yeni məkanlar və tədbirlər haqqında onlara ətraflı məlumat verilib. Ölkəmizdə Qətərdən olan turistlərin rastlaşdığı problemləri müzakirə edilib, maraqlı təklifləri dinlənilib, yeni layihələrin başlanmasına və əməkdaşlığın daha da möhkəmlənməsi üçün danışıqlar aparılıb.
S.Allahverdiyev qeyd edib ki, biz "Amazon Travel" olaraq ölkəmizə daha çox turistin gəlməsində maraqlıyıq. Xüsusən də bu il nəinki körfəz ölkələri, həmçinin Avropa və Çin istiqaməti üzrə də turistlərin cəlb olunması istiqamətində müvafiq işlər görəcəyik. Çünki turist axını həm ölkəyə valyutanın daxil olması, həmdə ölkəmizin tanınmasında böyük rol oynayır.