Gürcüstan Avtomobil Yolları Departamenti və tenderdə qalib gəlmiş Çinin “Guizhou Highway Engineering Group” və “China National Technical Import and Export Corporation” şirkətləri arasında Fransa Brestini Orta Asiya ilə birləşdirən E-60 “Şərq-Qərb” Avropa nəqliyyat dəhlizinin Gürcüstan hissəsinin ən çətin hissəsinin inşa edilməsi üzrə saziş imzalanıb.
Eləcə də bax: Bakı-Tbilisi-Batumi aviareysi açılacaq
FED.az xəbər verir ki, dəhlizin E-60 hissəsi Rikotski aşırımından keçir və Şorapani-Arqveti avtomobil yolunun bir hissəsidir. 14,7 km uzunluğunda olan ən çətin hissədə dördzolaqlı sement-beton yol, 14 körpü və 12 tunel tikilməlidir.
Gürcüstanda E-60 Qara dəniz sahilindəki Poti limanında başlayır və Azərbaycanla sərhəddə bitir, yolun ümumi uzunluğu 392 kilometrdir. Avropanın ikinci ən böyük nəqliyyat dəhlizi Qırğızıstanın İrkeşhtam şəhərində başa çatır.
Ümumilikdə Rikotski aşırımında 51,6 km uzunluqda yolun inşası planlaşdırılır. Məqsəd Azərbaycanla sərhəddəki “Qırmızı körpü”dən Acarıstan tərəfdən Türkiyə ilə sərhəddəki Sarpi kəndinə gediş-gəliş vaxtını ikiqat azaltmaqdır. Hazırda bu məsafəni avtomobil ilə 8 saata getmək olur.
Yolun tikintisi 2022-ci ilin iyununda başa çatdırılmalıdır.
Layihə Gürcüstana 202 milyon dollardan çox kredit ayıran Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
Report