Ötən il Azərbaycandakı xidmətlədən narazı qalan turistlərin sayı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri protalı ölkələr Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 216,1 min turist Azərbaycandakı göstərilmiş bütün xidmətləri qənaətbəxş saymayıb.
Məlumata görə ən çox narazı olanlar 70,8 min nəfərlə Rusiya vətəndaşları olub.
İkinci pillədə təxminən 27,7 min nəfərlə Hindistan vətəndaşları gəlir.
Türklər isə 19,8 min nəfərlə narazılıq səviyyəsinə görə 3-cü pillədə qərarlaşıb.
Səudiyyə Ərəbistanı 10,5 min nəfərlə 4-cü, Qazaxıstan isə 8,6 min nəfərlə beşinci olub.
8,5 min nəfər Pakistan, 7,5 min nəfər Gürcüstan, 5,2 min nəfər BƏƏ, 4,6 min nəfər Çin, 3,4 min nəfər Küveyt və 3,1 min nəfər Özbəkistan vətəndaşı da bütün xidmətlərdən narazı qalan turistlər qrupuna daxildir.