Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1 milyon 215,5 min nəfər olmuşdur.
Bu ilin 10 ayında Azərbaycana gəlmiş əcnəbilərin sayı - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,6 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 15,9 faiz artmışdır.
Ölkə vətəndaşlarının 46,7 faizi Türkiyəyə, 17,9 faizi Rusiya Federasiyasına, 11 faizi (və ya təxminən 134 min nəfəri ) İrana, 8,7 faizi Gürcüstana, 15,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil etmişdir.