İtaliya hökuməti İranın “Mahan Air” aviaşirkətinə məxsus təyyarələrin ölkənin hava limanlarına enməsini qadağan edib.
FED.az xəbər verir ki, qadağa sərnişin təyyarələri ilə yanaşı, yük təyyarələrinə də şamil olunacaq. İtaliya hökumətinin bu qərarı bir sıra şirkətlərin etirazına səbəb olub. Şirkət rəhbərləri hökumətə müraciət edərək bu qadağa nəticəsində onlara dəyən külli miqdarda ziyanın müqabilində kompensasiya ödənilməsini tələb ediblər.
Eləcə də bax: Tramp İranı görünməmiş zərbə ilə - HƏDƏLƏYİB
İranın “Mehr news” xabər agentliyi İtaliyanın “La stampo” qəzetinə istinadla yazır ki, hökumət ABŞ-ın təzyiqlərinə davam gətirə bilməyərək “Mahan Air” şirkətinə məxsus təyyarələrin ölkənin hava limanlarına enməsini qadağan edib. Halbuki, bu qadağa İtaliyanın iqtisadiyyatına zərər vurur.
Xatırladaq ki, “Mahan Air”in ABŞ-ın sanksiyalar siyahısına salınmasından sonra Fransa və Almaniya da aviaşirkətin bu ölkələrə uçuşlar həyata keçirməsinin qarağan ediblər.
Azərtac