2024-cü ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 694 milyon 162 min manat gəlir əldə ediblər.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü illə müqayisədə 205 milyon 334 min manat və ya 42% çoxdur.
Hotelləri ən çox gəlir əldə edən şəhər isə Bakı şəhəri olub – 474 milyon 198 milyon manat.-
Ölkənin əsas turizm potensiallı rayonları olan Qəbələ şəhərinin hotelləri 38 milyon 239,7 milyon manat, Qusar şəhərinin hotelləri isə 44 milyon 106,9 min manat gəlir əldə edib.
Quba rayonunda bu göstərici 29 milyon 774,9 min manat olub.
Naftalan şəhərində obyektlər əldə etdikləri gəlirlərin həcminə görə 19 milyon 796,3 min manatlıq göstərici ilə ilk onluqda yer alıb.
Hotelləri ən az gəlir əldə edən (5,5 min manat) rayon isə Neftçala rayonu olub. Zərdab rayonundakı hotellərin gəlirləri isə 8,6 min manat olub.