2023-cü ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 488 milyon 828 min manat gəlir əldə ediblər.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə 133 milyon 505,9 min manat və ya 37,6% çoxdur.
2022-ci ildə hotellərin gəlirləri 355 milyon 322,1 min manat olub.