2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 2 610,9 min olub.
Türkiyənin tanınmış hotel brendi Bakıda - FƏALİYYƏTƏ BAŞLAYACAQ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, gecələmələrin ümumi sayının 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi Şəkidə, 0,5 faizi Mingəçevirdə, 0,5 faizi Şuşada və 4,7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1 395,2 min olub ki, bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn, 0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 faizi Bakıda, 4,4 faizi Qəbələdə, 3,8 faizi Qubada, 3,5 faizi Qusarda, 3,5 faizi Naftalanda, 0,5 faizi Şabranda, 2,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1 215,7 min olub ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.
2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artaraq 369,8 milyon manat olub ki, onun da 60,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 faiz). Bu göstərici Naftalanda 53,8 faiz, Şabranda 52,9 faiz, Qubada 32,3 faiz, Bakıda 29,6 faiz, Beyləqanda 27,3 faiz, Lənkəranda 26,6 faiz, Bərdədə 23,0 faiz, Ağcabədidə 21,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.