Rusiyadan Gürcüstana avia uçuşların dayandırılması səbəbindən ölkəmizin turizmdən gəlirləri 300 milyon dollar azalıb.
FED.az xəbər verir ki, bunu Gürcüstan Milli Bankının prezidenti Koba Gvenetadze parlamentin iclasında çıxışı zamanı söyləyib.
Eləcə də bax: Bakı turizm baxımından - TBİLİSİNİ ÜSTƏLƏYİB VƏ XEYLİ İRƏLİDƏDİR
Ölkədə yüksək inflyasiyanın səbəblərinə toxunan K. Gvenetadze deyib: “Cari ilin əvvəlində Milli Bankın pul-kredit siyasəti birdəfəlik inflyasiyaya az təsir edib. Lakin, sentyabr ayından etibarən inflyasiya sürətlənib. Bu da əsasən, larinin dəyərdən düşməsi və milli valyutanın köhnəlmiş nişanda uzun müddət qalması ilə əlaqədardır”.
Onun sözlərinə görə, iyul ayında Rusiyanın Gürcüstana avia uçuşlarını dayandırması, eləcə də rəsmi və ya qeyri-rəsmi ticarət sanksiyalarının tətbiq etməsi də milli valyutanın dəyərdən düşməsinə zəmin yaradıb.
“Digər tərəfdən də, xarici valyuta qazancının faktiki azalmasından əvvəl bazarda xarici valyutaya təklifin azalması və tələbin artması milli valyutanın dəyərini itirməsinə səbəb oldu”,-deyə K.Gvenetadze vurğulayıb.
"Azərtac"