Ötən il Gürcüstana gələn turistlərin ümumi sayının 62 %-i qonşu ölkələrin - Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanın payına düşüb.
"Burada 500 avro xərcləməkdənsə, Misirdə 250 avroya istirahət edirlər" - Türkiyədə turizm bahalaşdı
FED.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu ölkələrdən gələn turistlərin xərclədikləri pullar digər ölkələrə nisbətən aşağıdır. Belə ki, Azərbaycandan gələn hər turist orta hesabla 1 447 lari (545 ABŞ dolları), Rusiyadan gələnlər 2 240 lari (844 ABŞ dolları), Türkiyədən gələnlər 1 636 lari (616 ABŞ dolları), Ermənistandan gələnlər 757 lari (285 ABŞ dolları) pul xərcləyiblər.
Ən çox pul xərcləyən turistlər isə Səudiyyə Ərəbistanı (2 031 ABŞ doları), İsrail (1 425 ABŞ dolları) və Qazaxıstandan (1 276 ABŞ dolları) olub. Buna baxmayaraq həmin ölkədən gələnlər ümumi səfər edənlərin 10 %-ni təşkil edir.
2019-2022-ci illərdə Gürcüstana edilən ümumi səfərlərin 60-70 %-i qonşu ölkələrin hesabına olub. Avropa İttifaqı ölkələrindən gələnlərin sayı dəyişməyib, digər ölkələrdən gələn turistlərin sayı isə 10 % artıb.
2019-2022-ci illərda qonşu ölkələrdən gələn turistlərin sayındakı azalmanı Azərbaycandan turist axınının 90 % azalması ilə əlaqələndirmək olar. Azərbaycandan turist axınının azalması qonşu ölkələrlə sərhədlərin bağlı qalması nəticəsində baş verib. Bu sərhədlərin bağlanması Azərbaycandan Gürcüstana gələn turistlərin sayının xeyli azalması ilə nəticələnib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin birinci yarısında Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 34,5 % artıb. Ümumilikdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin 9,4 %-i Gürcüstana gedib. Gürcüstandan isə Azərbaycana gələnlərin sayında 35,5 % artım olub. (Report)