"Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN viza" sisteminə keçəcək".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda Heydər Əliyev hava limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu online və banka yaxınlaşıb ödəyə bilər".