"Dövlət Turizm Agentliyi hər bir ssenariyə hazırdır. Ölkədə Novruz bayramına hazırlıqlar davam edir. Novruzla əlaqədar şənliklərin və tədbirlərin keçirilməsi hamısı qüvvədədir. Hadisələr regionumuzda və dünyada hər gün dəyişir və bu, nəzərə alınmalıdır".
Eləcə də bax: Azərbaycan otellərindən Novruz Bayramı təklifləri - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
O qeyd edib ki, ötən il Azərbaycan turizmi mənfi tendensiya ilə başlamışdı, bu il isə müsbət tendensiya müşahidə olunur: "İndi koronavirusa görə bu dövrləri müqayisə etmək hələ tezdir. Koronavirus Azərbaycanın sərhədlərinə təzə gəlib. Yanvarda koronavirus Çində olsa da, bu qədər qlobal səviyyədə deyildi. Yanvarda Azərbaycana gələn turistlərin sayında 18 faiz artım var idi. Fevralda da rəqəmlər müsbət olacaq”.
K. Quluzadə deyib ki, İtaliya, Avropanın digər ölkələri, İranda, Gürcüstanda xəstəlik aşkarlanıb: ”Ətraf ölkələrdə ciddi problemlər var. Martın birinci yarısının sonunda tendensiyanın nədən ibarət olacağı, rəqəmlərin necə dəyişəcəyi bilinəcək. Biz ümid edirik ki, illik rəqəmlərimiz mənfi olmayacaq. Bu, hadisələrin gedişatından asılıdır”.
Apa