Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen qarşıdakı yay tətilini Avropada keçirmək fikrinə düşənləri bir qədər səbrli olmağa çağırıb.
FED.az xəbər verir ki, o, bununla bağlı bildirib: “Hazırda iyul və avqust ayları üçün əmin proqnozlar vermək çətindir. Biz bu virusla uzun aylar ərzində, bəlkə də gələn ilədək yaşamağı öyrənməliyik”.
Qeyd edək ki, bir qədər əvvəl Fransa Prezidenti Emanuel Makron da oktyabr ayınadək ciddi sərhəd rejimini saxlayacaqlarını açıqlamış, Avropa İttifaqının başqa ölkələrini də sentyabr ayınadək sərhədləri bağlı saxlamağa çağırmışdı.
Report