Azərbaycanın beşulduzlu, ailəvi, elit oteli olan “Quba Palace” ilə bağlı bəzi KİV-lərdə yalan məlumatlar yer alıb.
Guya oteldə əcnəbi turistlər üçün kazino xidmətinin yaradılacağına dair yayılan informasiyanın isə heç bir əsası yoxdur və kökündən yalnışdır.
FED.az xəbər verir ki, “Quba Palace” otelinin Baş meneceri Kənan Ağayev rəsmən bəyan edib ki, bu məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır. O, bir daha qeyd edib ki, “Quba Palace” bu kimi fəaliyyət növü ilə ümumiyyətlə heç vaxt məşğul olmayıb və belə bir xidmətin gələcəkdə də yaradılması belə nəzərdə tutulmayıb.
Qeyd edək ki, Azərbaycanın səfalı təbiəti qoynunda, Qubada dağların ətəyində yerləşən “Quba Palace” bu il aprelin 1-də rebrendinq edib
Azərbaycanda otel menecmentliyi sahəsində ən peşəkar kadrları öz ətrafında cəmləşdirən “Quba Palace” yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini qoruyub saxlayır.
“Bu, tam yalan məlumatdır” - “Quba Palace”dan RƏSMİ AÇIQLAMA
20:04
23 Aprel 2018