Tbilisidə «PASHA Holdinq»in inşa etdiyi yeni 5 ulduzlu otelin açılışı olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “ART Riverfront Hotel Tbilisi”nin açılışında Azərbaycan və Gürcüstanın Baş nazirləri, eləcə də hər iki ölkənin iqtisadiyyat nazirləri və «PASHA Holdinq»in rəhbərliyi iştirak ediblər.
Oktyabrın 30-da Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən,PASHA Real Estate Group tərəfindən inşa edilmiş 5 ulduzlu “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər.
Eyni zamanda otelin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili «Paşa Holdinq»in rəhbəri Calal Qasımov və digər şəxslər iştirak edib.
Müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə hotel binası, eləcə də ofis sahələri daxildir.
“ART Riverfront Hotel Tbilisi” otelində müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur.
Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.
“ART Riverfront Hotel Tbilisi” oteli Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan «PASHA Real Estate Group»un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. FED.az-ın əldə etdiyi məlumata görə, otelin layihəsinə 68 milyon dollar yatırılıb.
«PASHA Real Estate Group» Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.













![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/3714567.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/305312.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/4029767.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/1984977.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/4385499.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/2052695.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/368969.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/3395740.jpg)
![Azərbaycan şirkəti Tbilisinin mərkəzində - [red]68 milyon dollara hotel tikdi[/red] | FED.az](/upload/news/small/65048.jpg)








