2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən turizm imkanlarının genişləndirilməsi və stimullaşdırılması üçün 42,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Hotel və sanatoriyalara 75 faizlik vergi güzəştinin vaxtı bitir
FED.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.
Büdcə zərfinə əsasən, həmin vəsaitin 25,1 milyon manatı ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrasına, 3,5 milyon manatı xarici populyar televiziya şirkətləri vasitəsilə respublikamızın turizm imkanlarının təbliğinə, 13,5 milyon manatı isə turizm sahəsi üzrə digər xərclərə yönəldiləcək.














