Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsi prosesini növbəti xəbərdarlığa qədər dayandırıb.
FED.az məlumat verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
Bildirilib ki, istisna yalnız diplomatik vizaların verilməsinədir.
Xatırladaq ki, bundan əvvəl Polşa səfirliyi də viza üçün sənədlərin qəbulunu dayandırmışdı.
Report