Bu gün Qusardakı "Şahdağ" turizm kompleksi qış mövsümünü açıq elan edib.
"Şahdağ" QSC-nin sədri Ridderuch Reffier FED.az-a bildirib ki, bu il "Şahdağda" qiymətlər ötəl illə müqayisədə 10-15% endirilib.
Qiymət endirimi xüsusilə kafe və restoranlara aiddir: «Kafe və restoranlarda qiymət endirilib. Səbəbi odur ki, biz istyirik ki, bura müxtəlif ödəmə qabiliyyətli müştəriləri cəlb edək. Ona görə də qiymətləri optimallaşdırdıq ki, insanlar daha çox gəlsinlər.
Rahatlıqla dağın mənzərəsindən zövq alsınlar və istirahət etsinlər».
Bununla yanaşı, xizəkdən istifadə və digər əyləncə qiymətləri dəyişməyib: «Çünki onlara çəkilən xərcləri nəzərə alanda onların qiyməti optimaldır».