Ötən il Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 204 562 Azərbaycan vətəndaşı səfər edib.
FED.az-ın məlumatına görə, bu barədə MR-in Turizm və Kurortlar Departamentindən məlumat verilib.
ELƏCƏ DƏ BAX: “Buta Airways” Rusiyanın daha bir şəhərinə aviareys açır - 29 AVRODAN
İllik müqayisədə Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayında 24,2% artım qeydə alınıb.
2018-ci ildə Acarıstana, ümumilikdə, 1,9 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 23,7% çoxdur.
Departamentdən qeyd olunub ki, statistik göstəricilər Acarıstana Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsi, Batumi limanı və aeroportu vasitəsilə səfər edən əcnəbilərin sayını əks etdirir.
Batumidə pul xərcləyən azərbaycanlıların sayı – AÇIQLANDI
21:52
16 Yan 2019