Azərbaycanın aparıcı turizm şirkətlərindən olan “Baku Holiday Travel” beynəlxalq mükafata layiq görülüb.
FED.az xəbər verir ki, satış həcmində lider olduğuna (Hotel Sales Leader), otel rezervasiyaları sahəsində qazandığı yüksək nəticələrə və mükəmməl xidmət keyfiyyətinə görə “GO GLOBAL” şirkəti tərəfindən Platinum Mükafatı ilə təltif olunub.
Şirkətin direktoru Ramil Rzayevin sözlərinə görə bu prestijli mükafat müştərilərimizə və tərəfdaşlarımıza ən yüksək standartlarda xidmət göstərmək, etibarlılıq və peşəkarlığı daim qorumaq yolundakı öhdəliyimizin bariz nümunəsidir: “Bu uğura aparan yolda bizə dəstək olan bütün əməkdaşlara və tərəfdaşlara təşəkkür edirik”.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan “Baku Holiday Travel” Azərbaycan turizm bazarında aktivliyi ilə etibarlılığı ilə seçilir. Şirkət müştərilərə müxtərlif ölkələrə səyahətlər üçün sərfəli sərtlərlə turizm xidmətləri təqdim edir.