“Buta Airways” aşağıbüdcəli aviaşirkəti may ayında Bakı-Odessa marşrutu ilə uçuşları bərpa edəcək. Bu barədə “Odessa” Beynəlxalq aeroportundan məlumat verilir.
Eləcə də bax: Daha bir Türk şirkəti Bakıya uçuşlara - BAŞLAYIR – QİYMƏT
“2020-ci il mayın 14-dən “Buta Airways” Bakı-Odessa marşrutu ilə uçuşlara başlayacaq. Reyslər hər həftə cümə axşamı və bazar günkləri yerinə yetiriləcək. Biletlər artıq şəhərin bütün turizm agentliklərində və aviaşirkətin saytında satışdadır”, - məlumatda qeyd olunur.
Təyyarə Bakıdan 07:15-də qalxacaq, yerli vaxtla 19:40-da Odessada eniş edəcək.
Biletin qiyməti (bir tərəfə) $52-dən başlayır.
16 may 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakı-Odessa marşrutu ilə birbaşa aviareyslərə başlayıb. Uçuşlar yay cədvəli çərçivəsində həyata keçirilib. “Buta Airways” Bakı-Odessa marşrutu ilə uçuşları 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək qüvvədə olan qış cədvəli çərçivəsində dayandırıb.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. “Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer” təyyarələri daxildir.
Hazırda loukoster İstanbul, Alanya, İzmir, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Bundan başqa, Gəncədən Moskvaya da birbaşa uçuşlar həyata keçirilir.
İnterfaks