Pakistanın ikinci aviaşirkəti bu gün Lahordan Bakıya birbaşa uçuşlara başlayır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan liderlərinin verdiyi istiqamət nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənir:
“Azərbaycan-Pakistan münasibətləri çox qədim və xüsusidir. Ölkələrimiz arasında qardaşlıq münasibətləri mövcuddur. Ötən il liderlər səviyyəsində misli görünməmiş qarşılıqlı səfərlər və təmaslar baş verdi. Bütün bu təmaslar indi müsbət inkişaflara gətirib çıxarır”.
Diplomat həmçinin bildirib ki, bu gün Pakistandan Azərbaycana təyyarə reysləri başlayıb: “Bu gün Pakistanın ikinci aviaşirkəti Lahordan Bakıya birbaşa uçuşlara başlayır. Bütün bu müsbət meyillər liderlərimiz arasında olan mükəmməl münasibətlərin təzahürüdür”.
FED.az-ın məlumatına görə, söhbət Pakistanan böyüklüyünə görə 2-ci aviaşirkəti sayılan «Airblue» şirkətinin uçuşlarından gedir. Şirkətin Bakı-Lador uçuşları şənbə-bazar günləri həyata keçiriləcək. Gediş-gəliş qiyməti «ekonom» sinfi üçün 910 manat təşkil edir.














