Azərbaycanda böyük hotelçilik şirkəti ləğv edilir.
Eləcə də bax: Turizm sahəsində yeni cərimələr - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK - MƏBLƏĞLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Hotel Investments” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 2 ünvanına bildirə bilərlər.
Şirkət 2021-ci ilin 30 iyununda təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Yasamal rayonu, İzmir, ev 2 ünvanında dövlət qeydiyyatına alınıb.
“Hotel Investments” MMC 3 400 000 manat nizamnamə kapitalına sahibdir və qanuni təmsilçisi Kamran Heydərov Avtandil oğludur.