13 may tarixindən Bakı-Milan-Bakı marşrutu üzrə uçuşlar hər gün həyata keçirəcək.
FED.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən verilən məlumata görə, bu barədə AZAL-ın prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşü zamanı deyib.
Bildirilib ki, cari ilin 1 aprel tarixindən etibarən qeyd edilən marşrut üzrə reyslərin sayı artırılaraq həftədə 6 dəfəyə çatdırılıb.
2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.
Görüş zamanı tərəflər arasında yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə fikir mübadiləsi aparılıb.