Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyard dollarlıq xidmətlər göstərilib
FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,6 faiz azalaraq 1 milyon 947 min nəfər olmuşdur.
Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,5 faiz, İrana gedənlərin sayı 6,8 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı isə 2,0 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,6 faizi Türkiyəyə, 14,4 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,5 faizi İrana, 23,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil etmişdir.











