Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejiminin ləğvindən sonra iki ölkə arasında uçuşların sayı xeyli artıb. Bəs bu vəziyyət aviabilet qiymətlərinə də təsir edəcəkmi? Çünki Birləşmiş Ərəb Əmirlikləri azərbaycanlıların ən çox üz tutduğu ölkələrdəndir.
Bu gündən Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi - TƏTBİQ OLUNUR
FED.az xəbər verir ki, turizm üzrə ekspert Elgün Babayev deyir ki, Birləşmiş Ərəb Əmirliklərinə vizasız səyahət turistlərin xərclərini azalacaq.
Ekspertin sözlərinə görə, ucuzlaşma ilk olaraq turpaketlərdə özünü göstərəcək.
Eyni zamanda, bu ölkədən tranzit kimi istifadə etməklə Avropaya da sərfəli səyahət mümkün olacaq.
Ekspert qeyd edir ki, viza rejiminin ləğvindən sonra sentyabr ayı üçün müraciətlər kəskin çoxalıb. (Xezerxeber.az)