Dövlət Statistika Komitəsinin 2018-ci il üçün hesabatında göstərilir ki, 2018-ci ildə ölkə bələdiyyələrinin büdcəsinə mehmanxana rüsumuna görə daxil olan ödənişin həcmi 1.821.400 manat olub.
FED.az biznes portalı belediyye.info saytına istinadən xəbər verir ki,bu rəqəm 2017-ci illə müqayisədə 36.8 fazi artıq deməkdir. Artım ondan xəbər verir ki, demək bələdiyyələr istiqamətdə çalışıblar.
Ölkəmizə isə rəsmi məlumata görə, 2018-ci ildə 2.850.000 turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib. Nəzərə alaq ki, hər turisti qəbul edən mehmanxana sahibi qəbul etdiyi bir nəfər şəxsə görə, yerli bələdiyyəyə 1.1 manat maliyyə vəsaiti ödəməlidir.
Bu istiqamətdə apardığımız təhlillərdən qənaətə gəlmək olar ki, tək ölkəmizə xarici ölkələrdən gələn turistlərə görə yerli büdcəyə 3.135.000 manat yerli vergi daxil olmalı idi. Demək tək elə bu bəndə görə, mehmanxanalar bələdiyyələrə 1.314.000 manat borcu var.
Əlavə edək ki, iş tək bununla bitmir. Yəni bu rəqəmə daxili turizmdən formalaşan rəqəmi və işlə bağlı məcburi gedişlərin də əlavə etsək sözsüz ki, rəqəm iki dəfə artacaq. Belə ki, daxili turizmin həcminin ən azı bir milyon nəfər olduğunu bu məqama görə, verginin həcminin isə 1.1 milyon manat və işlə bağlı məcburi gedişlərin ölkə üzrə təxminən 250 min nəfər olduğunu, bu məqama görə verginin həcminin isə 275.000 manat olduğunu yuxarıda qeyd edilən 3.135.000 manata əlavə etsək onda bələdiyyəyə daxil olan rəqəmin yekun olaraq il ərzində 4.535.000 manat olduğunu görmək olar. Belə çıxır ki, 4.535.000 manat əvəzinə bələdiyyə büdcəsinə cəmi 1.821.400 manat vəsait daxil olub. Nəticədə il ərzində bələdiyyə büdcəsi 2.713.600 manatdan mərhum olub.
Nəsimi bələdiyyəsinin bu istiqmətdə apardığı təhlilə diqqət yetirsək görərik ki, mehmanxana sahibləri bələdiyyəyə bir rəqəm Statistika Komitəsinə isə başqa bir rəqəm təqdim etməkdə də əsas məqsədi vergidən yayınmaqdır.
Hər halda düşünməyə dəyər. Bu istiqamətdə istər qanunvericilikdəki, istərsə də vergi məcəlləsindəki maddələrə müəyyən sərtləşdirmə məqamlarının qanuna əlavə edilməsinə ehtiyac vardır. Ancaq bu halda bələdiyyə büdcəsi mərhum olduğu maliyyə vəsaitini büdcəyə cəlb edə biləcəkdir.