Azərbaycanda mehmaxana və mehmanxa tipli müəssisələrdə çalışanların orta aylıq əməkhaqqı 644 manat təşkil edir.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə otellər işçilərinə 69 milyon 753 min manat əməkhaqqı veriblər.
Ümumilikdə ölkə üzrə otel və otel tipli müəssisələrdə çalışan işçilərin sayı isə 12 025 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1529 nəfər və ya 14,56% çoxdur.
Eləcə də bax:Turistlərin yeməyə ən çox - PUL XƏRCLƏDİYİ RAYONLAR
Otellərin yerləşdiyi bölgələrə görə ən çox maaş verən rayonlar isə paytaxtla yanaşı , Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarıdır.
Bu ilin yanvar-sentyabr aylarında paytaxt otellərində çalışanlara 46 milyon 750 min 600 manat əməkhaqqı verilib ki, bu da otelçilik sahəsində verilən ümümi maaşların 67,02%-ini təşkil edib .
Şəki-Zaqatala otellərində işləyənlərə isə ümumilikdə 9 milyon 331 min 700 manat verilib.
Quba-Xaçmaz iqtisadi rayonu üzrə işçilərə verilən maaşlar isə 5 milyon 355 min 300 manat təşkil edib.
Ən az əməkhaqları Yuxarı Qarabağ iqtisadi rayonunda yerləşən oel və restoranlarda çalışanlara verilib. 9,2 min manat.