Azərbaycanda hökumət müxtəlif əyləncə tədbirlərini əhatə edən event turizminə dəstək verməyə hazırlaşır.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Proqramda bir maraqlı istiqamətlərdən biri event turizminin dövlət tərəfindən stimullaşdırılmasıdır. Sənədə əsasən, ölkədə turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert və əyləncəli proqramların təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiya edilməsi üçün subsidiya mexanizmi yaradılacaq.
Amma bir şərtlə ki, bu tədbirlər turizm əhəmiyyətli olmun, yəni ölkəyə turistlərin gəlməsinə səbəb olsun. Hələlik hökumət məhz hansı tədbirlərin turizm əhəmiyyətli sayılacağını dəqiqləşlirməyib.
Buna görə də proqramda yazılıb ki, 2026–2027-ci illərdə əvvəlcə hansı tədbirlərin “turizm əhəmiyyətli” hesab ediləcəyinin meyarları və subsidiya şərtləri müəyyənləşdirilməli, bundan sonra mexanizm işə salınmalıdır.
Bu yanaşmanın məqsədi ölkəyə daha çox turist cəlb etməklə yanaşı, onların daha çox iqtisadi faydasını qazanmaqdır.
Çünki böyük konsert və tədbir yalnız bilet satışından gəlir yaratmır. Belə tədbir üçün ölkəyə gələn turist hotel, restoran, taksi, alış-veriş və digər xidmətlərə də pul xərcləyir.













