2025-ci ilin yekunlarına əsasən, Azərbaycana gələn turistlərin adambaşına düşən xərcinin həcmi üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə qonşu dövlətlərdən və bəzi MDB ölkələrindən gələn turistlərin ortalama xərcləri digərlərinə nisbətən aşağı olub.
Siyahının son pilləsində Türkmənistan qərarlaşıb. Bu ölkədən gələn hər bir turist Azərbaycanda orta hesabla 1 min 207 manat xərcləyib.
Gürcüstan 1 min 322 manat göstərici ilə sondan ikinci yerdədir. İrandan gələn qonaqların adambaşına düşən xərci isə 1 min 341 manat təşkil edib.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Tacikistan turistləri orta hesabla 1 min 510 manat, Belarus vətəndaşları isə 1 min 522 manat xərcləyiblər.
Macarıstan üzrə göstərici 1 min 546 manat, İraq üzrə isə 1 min 551 manat olub.
Moldovadan gələnlər 1 min 556 manat, Qırğızıstandan gələnlər isə 1 min 598 manat vəsait xərcləyiblər.
Siyahıda Şri-Lanka 1 min 601 manat göstərici ilə yer alıb.











