Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib.
Azərbaycana Hindistandan turist axını 2 dəfədən çox artıb
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7 % azdır.
İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7 % çoxdur.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb
Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 97,5 manata (+ 8,3 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Bakıda 82,6 manata (+26,4 %), İsmayıllıda 75 manata (- 15,7 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 6,9 %), Qusarda 65,8 manata (- 21,6 %), Naftalanda 50 manata ( qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16 %), Qaxda 45 manata (- 15,2 %) , Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib. (Report)