2024-cü ilin yanvar-sentyabr ayları ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 412,9 min nəfər turist vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox turist 475,8 min nəfər olmaqla Rusyadan gəlib.
Hindistan 176,4 min turist sayı ilə ikinci, Türkiyə 118,4 min tuist sayı ilə 3-cü pillədə qərarlaşıb.
Cari ilin ilk 9 ayı ərzində 81,7 min nəfərdən çox turist Səudiyyə Ərəbistanından Azərbaycana gəlib.
Qazaxıstandan gələn turistlərin sayı isə 55,8 min nəfər təşkil edib.
Pakistandan gələnlərin sayı 53,5 min nəfər, Gürcüstandan gələnlərin sayı 45,6 min nəfər olub.
Ən az turist isə Suriya (287 nəfər), Norveç (1 117 nəfər) və İsveçrə vətəndaşları (1 467 nəfər) olub.