2024-cü ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrdən Azərbaycana 2 milyon 412 min nəfər əcnəbi vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox vətəndaşı gələn ölkə isə 679,9 min nəfərlə Rusiya olub.
Türkiyə 389,1 min nəfərlə ikinci, Hindistan 214,7 min nəfərlə 3-cü pillədə qərarlaşıb.
Ötən ilin 11 ayı ərzində 193,4 min nəfərdən çox İran vətəndaşı Azərbaycana gəlib.
Səudiyyə Ərəbistanından gələn vətəndaşların sayı isə 93,9 min nəfər təşkil edib.
Qonşu Gürcüstandan gələnlərin sayı təxminən 100 min nəfər, Qazaxıstandan gələnlərin sayı 79,7 min nəfər, Pakistandan gələnlərin sayı 72,9 min nəfərə yaxın olub.
Ən az əcnəbi isə Suriya (399 nəfər), Norveç (1 977 nəfər) və İsveçrə vətəndaşları (2 403 nəfər) olub.