2024-cü ilin yanvar-oktyabr ayları ərzində xarici ölkələrdən Azərbaycana 2 milyon 209 ,6 min nəfər əcnəbi vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox vətəndaşı gələn ölkə isə 630,3 min nəfərlə Rusiya olub.
Türkiyə 357,5 min nəfərlə ikinci, Hindistan 201,4 min nəfərlə 3-cü pillədə qərarlaşıb.
Cari ilin ilk 9 ayı ərzində 176,8 min nəfərdən çox İran vətəndaşı Azərbaycana gəlib.
Səudiyyə Ərəbistanından gələn vətəndaşların sayı isə 89,1 min nəfər təşkil edib.
Qonşu Gürcüstandan gələnlərin sayı 90,9 min nəfər, Qazaxıstandan gələnlərin sayı 73,6 min nəfər, Pakistandan gələnlərin sayı 66,3 min nəfərə yaxın olub.
Ən az əcnəbi isə Suriya (339 nəfər), Norveç (1 718 nəfər) və İsveçrə vətəndaşları (2 064 nəfər) olub.