2024-cü ilin yanvar-sentyabr ayları ərzində xarici ölkələrdən Azərbaycana 1 milyon 983,3 min nəfər əcnəbi vətəndaş gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycana ən çox vətəndaşı gələn ölkə isə 563 min nəfərlə Rusiya olub.
Türkiyə 321,1 min nəfərlə ikinci, Hindistan 180,3 min nəfərlə 3-cü pillədə qərarlaşıb.
Cari ilin ilk 9 ayı ərzində 160 min nəfərdən çox İran vətəndaşı Azərbaycana gəlib.
Səudiyyə Ərəbistanından gələn vətəndaşların sayı isə 83,8 min nəfər təşkil edib.
Qonşu Gürcüstandan gələnlərin sayı 80,9 min nəfər, Qazaxıstan gələnlərin sayı 65,4 min nəfər, Pakistandan gələnlərin sayı 57,6 min nəfərə yaxın olub.
Ən az əcnəbi isə Suriya (329 nəfər), Norveç (1 342 nəfər) və İsveçrə vətəndaşları (1 801 nəfər) olub.