2024-cü ilin yanvar-oktyabr ayları üzrə Azərbaycana səfər edən əcnəbilərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 486,1 min nəfər və ya 28% artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata əsasən ən çox artım İraq vətəndaşları arasında olub. Bu ölkədən gələn vətəndaşların sayı son bir il ərzində 4,4 dəfə və ya 3,7 min nəfər artıb.
Hindistandan gələnlərin sayında 2,3 dəfə (112,7 min nəfər) artım baş verib.
Cənubi Koreya vətəndaşlarının sayında isə son bir il ərzində 91% və ya 6,7 min nəfər artım olub.
Bundan başqa ispaniyadan gələnlərin sayında 91% (3 min nəfər), Çindən gələnlərin sayında 87% (17,8 min nəfər) artım qeydə alınıb.
Hesabat dövrü ərzində Suriyadan gələn əcnəbilərin sayı 25% və ya 113 nəfər, İsraildən gələn əcnəbilərin sayı 9% və ya 2,4 min nəfər, Qətərdən gələn əcnəbilərin sayı isə 5% (161 nəfər) azalma olub.
Belarusda 3%, başqa sözlə 671 nəfər azalma baş verib..