"Azərbaycanın kurortları Şimali Qafqaz Federal Dairəsinin kurortları ilə birlikdə Qafqazın vahid dağ-xizək klasterinə daxil ola bilərlər".
Bu barədə "Şimali Qafqaz Kurortları" (ŞQK) ASC-nin baş direktorunun müavini Rüstəm Tapayev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının yekunlarına şərh verərkən bildirib.
Eləcə də bax: Turizm sektorunda heç kimə ayrı-seçkilik edilmir - AGENTLİYİN RƏSMİSİ
R.Tupaevin sözlərinə görə, dünyada turizm sektorunda artıq belə əməkdaşlıq nümunələri var: "Məsələn, Tirolda Avstriya tərəfdən İşql kurortu, İsveçrə tərəfdən isə Samnaun kurortu fəaliyyət göstərir. Belədə turistlərin sürüşmə sahəsinə bir ölkənin ərazisindən çıxıb o birinin ərazisinə sürüşmək imkanı yaranır".
Bununla yanaşı, ŞQK müxtəlif turistik marşrutların, o cümlədən dəniz gəzintilərinin təşkilinin mümkün olduğu Xəzər sahili klaster yaradılması üzrə azərbaycanlı həmkarları ilə əməkdaşlıqda böyük potensial görür.