Ötən il Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1% artaraq 4282,8 min olub.
Azərbaycandan xaricə turist axını 15%-dən çox artıb
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Gecələmələrin ümumi sayının 60,9 faizi Bakıda, 4,6 faizi Xaçmazda, 4,5 faizi Naftalanda, 4,5 faizi Qusarda, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,6 faizi Şabranda, 2,5 faizi Lənkəranda, 1,2 faizi Şamaxıda, 1,1 faizi Masallıda, 1,0 faizi Qaxda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2348,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya Federasiyası, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 4,6 faizi Qusarda, 4,4 faizi Qəbələdə, 3,9 faizi Naftalanda, 3,2 faizi Qubada, 0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 24,2 faiz artaraq 1934,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,2 faizini təşkil edir.