Martın 30-dan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportu və Azərbaycanın regional hava limanları 25 oktyabr tarixinədək qüvvədə olacaq yaz-yay uçuş cədvəlinə keçir.
FED.az xəbər verir ki, yeni mövsüm çərçivəsində uçuşların tezliyi artır, marşrut şəbəkəsi genişlənir və sərnişinlərə daha çox rahat bağlantı imkanı yaradılır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan geniş marşrut seçimi
Bu mövsümdə sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportundan 35 aviaşirkətin 70-dən çox istiqamətinə səyahət edə biləcəklər:
- Avropa: Berlin, Frankfurt, Paris, Vyana, Varşava, Barselona, Milan, Roma, London, Praqa, Budapeşt;
- Yaxın Şərq: Doha, Təl-Əviv, Ər-Riyad, Ciddə, Maskat;
- Türkiyə: İstanbul, Ankara, Antalya, İzmir, Bodrum, Dalaman;
- Mərkəzi Asiya: Almatı, Astana, Aktau, Daşkənd, Bişkek, Düşənbə, Səmərqənd;
- Cənubi Asiya: Dehli, Mumbay, Lahor, İslamabad;
- BƏƏ: Dubay, Əbu-Dabi, Şarja;
- Digər istiqamətlər: Pekin, Urumçi, Minsk, Podqoritsa, Tivat, Şarm əl-Şeyx.
Tranzit qovşağının gücləndirilməsi
Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya mərkəzi olaraq tranzit sərnişinlər üçün daha optimal bağlantılar təqdim etməyə davam edir.
Yeni uçuş cədvəli çərçivəsində gözləmə müddəti azaldılıb, tranzit sərnişinlər üçün xidmətlər təkmilləşdirilib və uçuş bağlantıları daha rahat şəkildə optimallaşdırılıb.
Bu, üçüncü ölkələrə səyahət edən sərnişinlər üçün daha əlverişli imkanlar yaradacaq.
Regional hava limanlarında genişlənən marşrut şəbəkəsi
Yaz-yay uçuş cədvəli çərçivəsində Azərbaycanın regional hava limanlarından uçuşların sayı artırılır və yeni istiqamətlər əlavə olunur:
Sərnişinlərə tövsiyələr
Daimi yay mövsümündə uçuşlara tələbatın yüksək olacağını nəzərə alaraq, sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur.
Hava limanında vaxt itkisinin qarşısını almaq və rahat səyahət etmək üçün öncədən onlayn qeydiyyatdan, eləcə də hava limanında yerləşən özünəxidmət köşklərindən (Self Check-In və Self-service Baggage Drop-Off) istifadə etmək mümkündür. Bundan əlavə, sərnişinlərə planlaşdırdıqları səfərlərdən öncə cari uçuş cədvəlini yoxlamaları və mümkün dəyişikliklər barədə müvafiq aviaşirkətlərin rəsmi vebsaytlarından məlumat almaları tövsiyə olunur.