Azərbaycan Hava Yolları (AZAL) Oktyabrın 27-dən etibarən birbaşa Maleyə (Maldiv adalarına) uçuşlarını bərpa edir.
FED.az xəbər verir ki, uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Biletləri aviaşirkətin rəsmi saytından və ya mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.
27 oktyabra gediş biletinin Ekonom sinif üçün qiyməti 666 manatdan, Biznes sinif üçün isə 2204 manatdan başlayır.