Azərbaycanda fəaliyyət göstərən 2 mindən çox turizm şirkətlərinin 96 %-i Bakıda yerləşir.
Gələn ildən regionlarda mehmanxana, hotel və sanatoriyalara - 3 İL VERGİ GÜZƏŞTİ OLACAQ
FEDa.z xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov bu gün Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.
"Rayonlarda demək olar ki, turizm şirkətləri yoxdur. Gəncədə ancaq turlara bilet satışı olur. Şəki, Balakən və Qaxda normal şirkətlər var", - deyə o qeyd edib. (Report)