Türkiyənin Antalya Hava Limanı həm təyyarə, həm də sərnişin axını baxımından bütün zamanlarda rekord nəticə ilə öndə olub.
FED.az biznes və maliyyə xəbərləri portalı "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ötən gün hava limanında 1190 təyyarə və 214 min 919 sərnişinə xidmət göstərilib.
Hazırda turizm fəaliyyətinin davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.
Antalya valisi Ersin Yazıcı sosial media hesabında dünən hava limanında olan təyyarə və sərnişinlərin sayı barədə paylaş edib.
Bu həftə hava limanında iki rekordun qırıldığını qeyd edən E.Yazıcı, 127-si daxili, 1063-ü beynəlxalq xətdə aid olmaqla 1190 təyyarənin enərək havaya qalxdığını bildirib.
Gündəlik sərnişin sayının rekord vurduğunu deyən Yazıcı, 214 min 919 sərnişinə xidmət göstərildiyini, onlardan 20 min 795-nin daxili xətt, 194 min 124-nün isə beynəlxalq xətlərdə olduğunu qeyd etdi.